...

Cəbhə xəttində atəşkəs pozulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Aprel 2013 10:54 (UTC +04:00)
Cəbhə xəttində mövqelərimiz ermənilər tərəfindən atəşə tutulub.
Cəbhə xəttində atəşkəs pozulub

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir İ.İzzət/

Cəbhə xəttində mövqelərimiz ermənilər tərəfindən atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Kəngərli və Mərzili, Füzuli rayonunun Qaraxanbəyli, Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Qızıl Oba kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti