...

Bakı Minsk qrupunun Azərbaycan və Ermənistanın XİN rəhbərlərinin görüşünü təşkil etmək təklifinə razılığını verib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Aprel 2013 13:39 (UTC +04:00)
Rəsmi Bakı ATƏT-in Minsk qrupunun Azərbaycan və Ermənistanın XİN rəhbərlərinin görüşünü təşkil etmək təklifinə razılığını verib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
Bakı Minsk qrupunun Azərbaycan və Ermənistanın XİN rəhbərlərinin görüşünü təşkil etmək təklifinə razılığını verib

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir S. Ağayeva/

Rəsmi Bakı ATƏT-in Minsk qrupunun Azərbaycan və Ermənistanın XİN rəhbərlərinin görüşünü təşkil etmək təklifinə razılığını verib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

"Gələn ay Minsk qrupunun həmsədrləri regiona gələcəklər" , - Məmmədyarov qeyd edib.

Onun sözlərinə görə, həmsədrlərin regiona sonuncu səfəri zamanı XİN rəhbərlərinin görüşünün keçirilməsindən başqa heç bir yeni təklif olmamışdı.

O bildirib ki, rəsmi Bakı bu təklifə müsbət cavab verib.

Jurnalistlərin Men ştatının Ermənistanın işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ regionunun müstəqilliyinin tanınması barədə ABŞ Prezidenti və Konqresinə müraciət etdiyi qətnaməsilə bağlı sualını şərh edən nazir bəyan edib ki, bu, erməni lobbisinin səylərini və öz əhəmiyyətlərini göstərmək istəklərini nümayiş etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti