...

Azərbaycan əraziləri Ermənistan tərəfindən atəşə tutulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Aprel 2013 09:54 (UTC +04:00)
Cəbhə xəttində gərginlik davam edir.
Azərbaycan əraziləri Ermənistan tərəfindən atəşə tutulub

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir İ.İzzət/

Cəbhə xəttində gərginlik davam edir.

Müdafə Nazirlyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber və Noyemberyan rayonunun Voskevan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və Quşçuayrım kəndləri yaxınlığında yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun işğal olunmuş Yusifcanlı, Tərtər rayonunun Çiləbürt və Qızıl Oba, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında, Füzuli və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti