...

Ziyafət Əsgərov: Minsk qrupu Ermənistana təzyiqi artırmalıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Aprel 2013 10:49 (UTC +04:00)
Azərbaycan Milli Məclisinin vitse spikeri hesab edir ki, ATƏT-in Minsk Qrupu Ermənistana təzyiqi artırmalıdır.
Ziyafət Əsgərov: Minsk qrupu Ermənistana təzyiqi artırmalıdır

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir A.Axundov/

Azərbaycan Milli Məclisinin birinci vitse-spikeri hesab edir ki, ATƏT-in Minsk qrupu Ermənistana təzyiqi artırmalıdır.

"Təəssüf ki, Minsk qrupunun regiona bu dəfəki gəlişi hər hansı bir yeniliklə müşahidə olunmayıb. Məsələ bu cür davam edə bilməz. Həmişə demişik və bu gün də təkidlə tələb edirik ki, onlar Ermənistana təzyiqi artırsınlar", - bu barədə jurnalistlərə birinci vitse-spiker Ziyafət Əsgərov deyib.

O qeyd edib ki, bu məsələnin yubanması sözsüz ki, hər şeydən əvvəl Minsk qrupunun özünün fəaliyyətinə təhlükədir və zərərli haldır, cəmiyətdə belə təəssürat yaranır ki, onlar gəlib-getməklə məşğuldurlar və heç bir iş görə bilmirlər.

Əsgərov qeyd edib ki, bu çox təəssüfləndirici haldır. "Biz dəfərlə bəyan etmişik, bu münaqişənin sülh yolu ilə həll edilməsi imkanları hələ tükənməyib, amma görsək ki, Ermənistan ancaq imitasiya ilə məşğuldur, danışıqlar xatirinə danışıqlar aparır və yaxud danışıqlardan qaçır, əlbəttə ki, Azərbaycanın imkanları var ki, işğal olunmuş əraziləri azad etsin. Buna kifayət qəfər hərbi gücümüz var", - Əsgərov vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti