...

NATO: Gürcüstan Azərbaycan və Ermənistan arasında vasitəçi ola bilər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Aprel 2013 15:45 (UTC +04:00)
Gürcüstan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycan və Ermənistan arasında vasitəçi rolunu oynaya bilər. Trend-in məlumatına görə, bu barədə NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay deyib.
NATO: Gürcüstan Azərbaycan və Ermənistan arasında vasitəçi ola bilər

Gürcüstan, Tbilisi, 17 aprel /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycan və Ermənistan arasında vasitəçi rolunu oynaya bilər. Trend-in məlumatına görə, bu barədə NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay deyib.

"Gürcüstan Ermənistan və Azərbaycanın problemlərinin həll edilməsində iki ölkəyə kömək edə biləcək rol oynaya bilər", - Appaturay NATO-nun Brüsseldəki mənzil-qərargahında Gürcüstan parlamentinin nümayəndə heyəti ilə görüşdə bildirib.

"NATO Gürcüstanda həyata keçirilən islahatları alqışlayır. Mənim çox müsbət təəssüratlarım var və biz Gürcüstanın sadiq dostları olaraq qalacağıq. Bu gün Gürcüstanda aparılan islahatlar düzgün istiqamətdə gedir və ölkədə gedən proseslərə əsaslanır. Bu yaxınlarda Gürcüstanın ədliyyə naziri burada olub. O, bizdə xoş təəssürat yaratdı və məhkəmə sisteminin islahatı haqqında tam məlumat təqdim etdi. Hesab edirik ki, ölkənizdə mütləq məhkəmə islahatı aparılmalıdır", - Appaturay qeyd edib.

Onun sözlərinə görə, islahatlar aparılan zaman qanunun aliliyi qorunmalıdır, bütün addımlar isə şəffaf olmalıdır. NATO, həmçinin bu yaxınlarda ikipartiyalı sistemdə edilən dəyişiklikləri alqışlayır.

"Ötən il oktyabrın 1-də Gürcüstanda keçirilmiş seçkilər ölkənin demokratik inkişafı baxımından irəliyə addım olub. Dəyişikliklər olub və olacaq, Gürcüstan bizim üçün NATO-ya qətiyyətlə can atan etibarlı tərəfdaş olaraq qalacaq. Ölkə regional təhlükəsizliyə böyük töhfə verə və Azərbaycan və Ermənistanın problemlərinin həll edilməsində iki ölkəyə çox kömək edə biləcək rol oynaya bilər", - Appaturay əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti