...

ATƏT sədrinin xüsusi nümayəndəsi: Ukraynanın ATƏT-də sədrliyi Minsk qrupunun səylərini dəstəkləyir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Aprel 2013 10:21 (UTC +04:00)
Ukraynanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında (ATƏT) sədrliyi Qarabağ münaqişəsinin sülh yolu ilə həllini və Minsk qrupu həmsədrlərinin səylərini dəstəkləyir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Yerevanda ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi, səfir Andrey Deşitsan Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşü zamanı bildirib.
ATƏT sədrinin xüsusi nümayəndəsi: Ukraynanın ATƏT-də sədrliyi Minsk qrupunun səylərini dəstəkləyir

Azərbaycan, Bakı, 18 aprel /Trend/

Ukraynanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında (ATƏT) sədrliyi Qarabağ münaqişəsinin sülh yolu ilə həllini və Minsk qrupu həmsədrlərinin səylərini dəstəkləyir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Yerevanda ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi, səfir Andrey Deşitsan Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşü zamanı bildirib. Bu barədə "Novosti-Armenia" xəbər yayıb.

"Görüş zamanı Nalbandyan Ermənistanın və beynəlxalq birliyin Dağlıq Qarabağ münaqişəsinin həllinə istiqamətlənmiş addımlardan danışıb", - bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

Görüş zamanı tərəflər, həmçinin ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojaranın Ermənistana edəcəyi səfərlə bağlı məsələləri müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti