...

Politoloq: ATƏT MQ həmsədrlərinin qərəzkar mövqeyi alternativ vasitəçiliyi zərurətə çevirir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Aprel 2013 13:18 (UTC +04:00)
ATƏT MQ-nin vasitəçilik missiyasından narazıların sayı getdikcə artır, hətta bəzi ermənipərəst Rusiya və Polşa ekspertləri də ermənilərin maraqları prizmasından ATƏT MQ-nin fəaliyyətini qaneedici hesab etmirlər.
Politoloq: ATƏT MQ həmsədrlərinin qərəzkar mövqeyi alternativ vasitəçiliyi zərurətə çevirir

Azərbaycan, Bakı, 22 aprel / Trend müxbir M.Əliyev/

ATƏT MQ-nin vasitəçilik missiyasından narazıların sayı getdikcə artır, hətta bəzi ermənipərəst Rusiya və Polşa ekspertləri də ermənilərin maraqları prizmasından ATƏT MQ-nin fəaliyyətini qaneedici hesab etmirlər. Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib.

O qeyd edib ki, erməni siyasətçiləri Ermənistanla Azərbaycan arasında danışıqları birbaşa, vasitəçisiz aparmağı təklif edirlər.

"Prezident Sarkisyan daha orijinal yol seçib - Qərblə Rusiyanın maraqlarını Ermənistanda toqquşdurub münaqişə yaratmaqla Dağlıq Qarabağ tənzimlənməsini unutdurmaq. Son vaxtlar qısa müddət ərzində daha yeni bir tendensiya meydana çıxdı. Çexiya parlamentariləri öz ölkələrinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçilik etmək niyyətini ortaya qoydular. Bu təkliflə eyni vaxtda Azərbaycanla Ermənistan arasında Gürcüstanın vasitəçilik etməsi məsələsi gündəliyə gətirildi. Gürcüstanın Dağlıq Qarabağ tənzimlənməsində Ermənistana və Azərbaycana kömək etməsi ideyasının müəllifi NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə xüsusi nümayəndəsi Appaturaydır. NATO-nun Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə əlavə resurs axtarması kifayət qədər ciddi hadisədir. Ola bilər, bu təşəbbüslər yaxın gələcəkdə reallaşmasın, amma yaxın aylarda alternativ vasitəçiliklə bağlı təşəbbüslərin sayının artması NATO və digər Avropa strukturlarını alternativ vasitəçiliyə diqqət yönəltməyə vadar edəcəkdir", - politoloq deyib.

Əhmədoğlu vurğulayıb ki, bu vaxta kimi İranın vasitəçilik təşəbbüsü ortalıqdadır, Misir tərəfindən də vasitəçiliklə bağlı müəyyən fikirlər səslənmişdir.

"Gürcüstanın vasitəçiliyi çox effektli ola bilər, lakin ölkədaxili vəziyyət bu prosesə şərait yaratmır. İranın alternativ vasitəçilik təklifi Qərb tərəfindən qəbul edilməyəcəkdir. Azərbaycan da İranın təkliflərinə ehtiyatla yanaşmalıdır. Lakin vacib hadisələr baş verdi - alternativ vasitəçilik təklifi ciddi qurumlar və ciddi dövlətlər tərəfindən gündəliyə gətirildi. Alternativ vasitəçilik zərurətdir, çünki rəsmi vasitəçi sayılan ATƏT MQ vasitəçiliyi Dağlıq Qarabağ tənzimlənməsində obyektiv mövqe ortalığa qoya bilmədi, aktivlik nümayiş etdirmək niyyətində deyil. ATƏT MQ həmsədrlərinin bütün təklifləri qərəzlidir, ermənilərin maraqlarına xidmət edir. Bu təkliflər Dağlıq Qarabağ münaqişəsinin həllinə deyil, süründürülməçiliyə şərait yaradır", - Əhmədoğlu deyib.

Politoloq bildirib ki, indiki halda ən yaxşı variant ATƏT MQ həmsədrlərinin özlərini buraxılmış elan etmələridir. "ATƏT MQ həmsədrliyinin özünütənqid dərəcəsi yalnız ruhi xəstələrin özünütənqidi ilə müqayisə oluna bilər", - o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti