...

Cəbhə xəttində gərginlik davam edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Aprel 2013 09:39 (UTC +04:00)
Düşmən cavab atəşi ilə susdurulub.
Cəbhə xəttində gərginlik davam edir

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir E.Mehdiyev/

Cəbhə xəttində gərginlik davam edir.

Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı və Aşağı Veysəlli, Ağdam rayonunun Mərzili kəndləri yaxınlığında, Goranboy və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti