...

Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Krakovda görüşünün tarixi məlum oldu (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Aprel 2013 13:28 (UTC +04:00)
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanın görüşü mayın 17-18-də Polşanın Krakov şəhərində keçiriləcək Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramına üzv olan ölkələrinin xarici işlər nazirlərinin görüşü çərçivəsində olacaq. Bu barədə cümə axşamı Trend-ə diplomatik mənbə deyib.
Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Krakovda görüşünün tarixi məlum oldu (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 25 aprel /Trend/

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanın görüşü mayın 17-18-də Polşanın Krakov şəhərində keçiriləcək Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramına üzv olan ölkələrinin xarici işlər nazirlərinin görüşü çərçivəsində olacaq. Bu barədə cümə axşamı Trend-ə diplomatik mənbə deyib.

"Şərq tərəfdaşlığı" və "Vışeqrad qrupu" nümayəndələrinin görüşündə, həmçinin Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Ketrin Eşton və Avropa komissarı Ştefan Füle iştirak edəcəklər.

Qeyd edək ki, Ermənisatn xarici işlər naziri Eduard Nalbandyan bu gün Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşündə bildirmişdi ki, yaxın vaxtlarda xarici işlər nazirlərinin yeni görüşü hazırlanır, görüş yaxın günlərdə - mayda Krakovda baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti