...

Bayram Səfərov: Kənar təsirlər olmazsa, Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycanın istəyindən kənara çıxa bilməzlər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Aprel 2013 10:10 (UTC +04:00)
Kənar təsirlər olmazsa, Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycanın istəyindən kənara çıxa bilməzlər. Trend-in məlumatına görə, bunu jurnalistlərə “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib.
Bayram Səfərov: Kənar təsirlər olmazsa, Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycanın istəyindən kənara çıxa bilməzlər

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir M.Əliyev/

Kənar təsirlər olmazsa, Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycanın istəyindən kənara çıxa bilməzlər. Trend-in məlumatına görə, bunu jurnalistlərə Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib.

Onun sözlərinə görə, ermənilərin yeganə çıxış yolu dialoqdan keçir və bunu beynəlxalq təşkilatlar da anlayır.

Səfərov azərbaycanlıların doğma torpaqlarına qayıdacaqlarına əminliyini vurğulayıb.

"Separatçılar, terrorçular və digər cinayətkarlarla mübarizə aparmaq Azərbaycanın daxili işidir. Buna Azərbaycanın bütün meyarlar üzrə imkanı var", - o deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti