...

Elmar Məmmədyarov: Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə böyük sülh sazişinə hazırdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Aprel 2013 13:40 (UTC +04:00)
Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə böyük sülh sazişinə hazırdır. Trend-in məlumatına görə, bunu cümə günü Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mətbuat konfransında deyib.
Elmar Məmmədyarov: Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə böyük sülh sazişinə hazırdır

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir S. Ağayeva/

Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə böyük sülh sazişinə hazırdır. Trend-in məlumatına görə, bunu cümə günü Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mətbuat konfransında deyib.

"Mən dünən Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda irəliləyişin olmaması barədə bəyanatı ilə razıyam", - Məmmədyarov qeyd edib.

Onun sözlərinə görə, münaqişə tərəfləri artıq bir neçə ildən bəri münaqişənin nizamlanması məsələsini müzakirə edirlər, lakin danışıqlar prosesi hələ də nəticə verməyib, nazirlər görüşür, lakin bu danışıqların məntiqi nəticəsi yoxdur.

Məmmədyarov bildirib ki, münaqişə tərəfləri arasında müzakirə edilməli olan bir çox məsələlər, o cümlədən məcburi köçkünlərin qayıtması, statusun müəyyənləşdirilməsi və bir çox digər məsələlər var.

"Biz böyük sülh sazişi üzərində işləməyə hazırıq", - nazir qeyd edib.

O, həmçinin may ayında Polşanın Krakov şəhərində Ermənistanın xarici işlər naziri ilə görüşəcəyi barədə məlumatı təsdiq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti