...

ABŞ konqresmeni 20 Yanvar və Xocalı faciələri ilə bağlı bəyanat verib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Aprel 2013 08:04 (UTC +04:00)
Aprelin 25-də ABŞ Konqresində Quam adasını təmsil edən Madelein Bordallo 20 Yanvar və Xocalı faciələri ilə bağlı bəyanatla çıxış edib.
ABŞ konqresmeni 20 Yanvar və Xocalı faciələri ilə bağlı bəyanat verib

Azərbaycan, Bakı, 27 aprel /Trend/

Aprelin 25-də ABŞ Konqresində Quam adasını təmsil edən Madelein Bordallo 20 Yanvar və Xocalı faciələri ilə bağlı bəyanatla çıxış edib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, Bordallo 20 Yanvar hadisələrinin Azərbaycan xalqının azadlıq mücadiləsini daha da gücləndirdiyini və nəhayət bu proseslərin müstəqil Azərbaycan dövlətinin yaranması ilə nəticələndiyini bildirib.

Madelein Bordallo bu gün Azərbaycanın dinamik inkişaf edən bir ölkə olduğunu deyib və ərazisində heç bir xarici hərbi birləşmənin olmadığını xüsusi vurğulayıb.

Xocalı soyqırımına toxunan Bordallo Azərbaycanın Dağlıq Qarabağ regionunda baş verən bu faciəni Ermənistan-Azərbaycan münaqişəsində etnik azərbaycanlıların məruz qaldığı ən böyük qırğın olaraq səciyyələndirib.

Eyni zamanda, Bordallo dünyanın strateji əhəmiyyətli bir bölgəsində yerləşən Azərbaycanın ABŞ-ın güclü müttəfiqi olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti