...

ABŞ Dövlət Departamenti: Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yolverilməzdir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Aprel 2013 10:28 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsi dövründə insanların faciəvi ölümü ondan xəbər verir ki, münaqişənin hərbi yolla həlli yolverilməzdir.
ABŞ Dövlət Departamenti: Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yolverilməzdir

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir A.Qasımova/

Dağlıq Qarabağ münaqişəsi dövründə insanların faciəvi ölümü ondan xəbər verir ki, münaqişənin hərbi yolla həlli yolverilməzdir. Trend-in məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi vəzifəsini icra edən Patrik Ventrel Vaşinqtonda keçirilən brifinqdə deyib.

"Münaqişənin yalnız uzunmüddətli və sülh yolu ilə həlli regiona sabitlik, çiçəklənmə və sülh gətirə bilər", - Ventrel qeyd edib.

Onun sözlərinə görə, ABŞ ATƏT-in Minsk qrupunun həmsədr ölkəsidir və sülhün əldə edilməsi üçün münaqişənin hər iki tərəfi ilə işləməyə hələ də qətiyyətlə sadiqdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti