...

ATƏT qoşunların təmas xəttində monitorinq keçirəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Aprel 2013 09:49 (UTC +04:00)
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq aprelin 30-da Azərbaycan Respublikasının Qazax rayonu, Bala Cəfərli kəndinin cənub-qərbindən keçən yolun üzərindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
ATƏT qoşunların təmas xəttində monitorinq keçirəcək

Azərbaycan, Bakı, 29 aprel /Trend/

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq aprelin 30-da Azərbaycan Respublikasının Qazax rayonu, Bala Cəfərli kəndinin cənub-qərbindən keçən yolun üzərindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, səhra köməkçiləri Jiri Aberle və Conattan Ferrabi keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Yevgeni Şarov keçirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti