...

Cəbhə xəttində mövqelərimiz atəşə tutulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Aprel 2013 10:00 (UTC +04:00)
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Cəbhə xəttində mövqelərimiz atəşə tutulub

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir İ.İzzət/

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Tərtər rayonunun işğal olunmuş Çaylı, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Qaraqaşlı, Sarıcalı və Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti