...

Mübariz Əhmədoğlu: Yaranmış vəziyyətdə Avropanın aparıcı dövlətləri ayrılıqda Dağlıq Qarabağın statusuna konkret münasibət bildirməlidirlər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Aprel 2013 13:22 (UTC +04:00)
Avropanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində mövqeyinin ziddiyyətli olması göz qabağındadır.
Mübariz Əhmədoğlu: Yaranmış vəziyyətdə Avropanın aparıcı dövlətləri ayrılıqda Dağlıq Qarabağın statusuna konkret münasibət bildirməlidirlər

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir E.Mehdiyev/

Yaranmış vəziyyətdə Avropa İttifaqının və Avropanın aparıcı dövlətləri ayrılıqda Dağlıq Qarabağın statusuna konkret münasibət bildirməlidirlər, bunu çərşənbə axşamı Trend-ə Avropa Parlamentinin Ermənistanla əməkdaşlıq qrupunun üzvlərinin Dağlıq Qarabağa səfərinə münasibət bildirərkən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

"Avropanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində mövqeyinin ziddiyyətli olması göz qabağındadır. Vaxtilə, 1987-ci ildə "erməni soyqırımı"nın tanınması, 1993-cü ildə isə Dağlıq Qarabağa dəstəklə bağlı qətnamə qəbul edən Avropa Parlamenti Dağlıq Qarabağda separatizmin çiçəklənməsinə görə məsuliyyət daşıyır. Dağlıq Qarabağdakıların separatizmlə məşğul olduğunu indi sübut etməyə ehtiyac yoxdur", - politoloq əlavə edib.

Əhmədoğlunun sözlərinə görə, ABŞ Dövlət Departamentinin növbəti ənənəvi illik hesabatında bu barədə aydın bildirilir.

"Erməni konfliktogenliyi yenidən dirçələ bilər. Ermənilər axtarışdadırlar. Aİ məsullarının, Avropa siyasilərinin məsuliyyətsiz hərəkətləri erməni konfliktogenliyini alovlandıra bilər. Bu gün Rusiya ilə Qərb arasında oynayan Ermənistan eyni zamanda İranın tələblərini yerinə yetirməyə məcburdur. Rəsmi Yerevan Suriya məsələsində az qala İranın mövqeyinin daşıyıcısına çevrilib. Suriyadakı ermənilər birmənalı şəkildə Bəşər Əsəd siyasətini dəstəkləyir. Avropalı deputatların bu addımı məsuliyyətli dövrdə Dağlıq Qarabağ münaqişəsinin tənzimləməsinə ciddi zərbə vurdu. Aİ-nin Dağlıq Qarabağ tənzimləməsinə dair layinəsinin reallaşmasına maneçilik yaratdı.Bu isə ermənilərin xeyrinədir. Avropalı deputatlar Dağlıq Qarabağın azərbaycanlı icmasını erməni icması ilə dialoqa cəlb etməklə münaqişənin dinc yolla tənzimlənməsinə ciddi töhvə vermiş olardılar. Dağlıq Qarabağ "blokadadan çıxır" və Ermənistan üçün Azərbaycanın investisiya layihələrinin müzakirə olunduğu məkana çevrilir", - Mərkəzin rəhbəri bildirib.

Onun sözlərinə görə, Avropa Parlamenti Ermənistanla bağlı 1993-cü ilin 21 yanvarında qəbul etdiyi qətnaməsini ləğv etməklə Qarabağ tənzimləməsinə fayda vermiş olardı.

"Aİ və Avropanın aparıcı dövlətləri ayrılıqda Dağlıq Qarabağın statusuna konkret münasibət bildirməlidirlər. Aİ Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımayacaqsa, Cənubi Qafqaz regionundan çıxmaq haqqında düşünməyə başlasın. Rusiyanın regiondakı hərbi iştirakı xeyli sürətlənib, hər şey Ermənistanın və onun Dağlıq Qarabağ mövqeyi üzərində qurulub", - politoloq bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti