...

ATƏT-in Qazax rayonunda keçirdiyi monitorinq insidentsiz ötüşüb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Aprel 2013 15:41 (UTC +04:00)
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, aprelin 30-da Azərbaycan Respublikasının Qazax rayonu, Bala Cəfərli kəndinin cənub-qərbindən keçən yolun üzərindəki Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirilib.
ATƏT-in Qazax rayonunda keçirdiyi monitorinq insidentsiz ötüşüb

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir İ.İzzət/

Cəbhə xəttində növbəti monitorinq keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, aprelin 30-da Azərbaycan Respublikasının Qazax rayonu, Bala Cəfərli kəndinin cənub-qərbindən keçən yolun üzərindəki Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirilib.

Monitorinq insidentsiz başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti