...

Azərbaycan əraziləri Ermənistan tərəfdən atəşə tutulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 İyun 2013 09:44 (UTC +04:00)
Cəbhə bölgəsində gərginlik səngimək bilmir.
Azərbaycan əraziləri Ermənistan tərəfdən atəşə tutulub

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir İ.İzzət/

Cəbhə bölgəsində gərginlik səngimək bilmir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

Ağdam rayonunun Kəngərli, Baş Qərvənd, Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt, Füzuli rayonunun Qaraxanbəyli, Qorqan kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti