...

Azərbaycan və Ermənistan yüksək səviyyədə görüşün keçirilməsinə ehtiyac olduğuna dair razılığa gəliblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 İyun 2013 10:58 (UTC +04:00)
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tərəfləri yüksək səviyyədə görüşün keçirilməsinə ehtiyac olduğuna dair razılığa gəliblər.
Azərbaycan və Ermənistan yüksək səviyyədə görüşün keçirilməsinə ehtiyac olduğuna dair razılığa gəliblər

Azərbaycan, Bakı, 5 iyun / Trend, müxbir S.Əhmədova /

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tərəfləri yüksək səviyyədə görüşün keçirilməsinə ehtiyac olduğuna dair razılığa gəliblər. Bu barədə çərşənbə günü Trend-ə amerikalı həmsədr Yan Kellinin ofisindən bildirilib:

"Tərəflər yüksək səviyyədə görüşün keçirilməsinə ehtiyac olduğuna dair razılığa gəliblər və həmsədrlər belə bir görüşün hazırlanması üçün Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə birgə işləməyə davam edəcəklər".

ATƏT-in Minsk qrupunun həmsədrləri may ayında Bakı və Yerevana səfərləri zamanı Azərbaycan və Ermənistan prezidentləri ilə bu il ərzində dövlət başçılarının yeni görüşünün keçirilməsi imkanlarını müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti