...

Riçard Morninqstar: Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilmə tarixi iki ölkənin dövlət başçılarından asılıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 İyun 2013 16:40 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilmə tarixi iki ölkənin dövlət başçılarından asılı olacaq.
Riçard Morninqstar: Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilmə tarixi iki ölkənin dövlət başçılarından asılıdır

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir S.Əhmədova/

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilmə tarixi iki ölkənin dövlət başçılarından asılı olacaq. Trend-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar jurnalistlərə deyib.

Morninqstar bildirib: "Hesab edirəm ki, xarici işlər naziri Elmar Məmmədyarovun ABŞ-a səfəri yaxşı keçib. Dövlət katibi Con Kerri ilə yaxşı görüş keçirib. Dövlət katibi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının vacibliyini vurğulayıb. O, əlindən gələni etmək istəyir ki, bu münaqişə nizamlansın".

İki ölkə arasında prezidentlərin görüşünə gəldikdə, səfir bu görüşün baş tutacağına ümid etdiyini söyləyib.

O qeyd edib ki, bu görüşün dəqiq vaxtını deyə bilməz. Lakin səfir hesab edir ki, bu görüş çox da uzaq olmayan gələcəkdə baş tutacaq: "Mən demirəm ki, bu yaxın gələcəkdə olacaq. Mən "çox da uzaq olmayan gələcəkdə olacaq" deyirəm. Belə bir görüşün keçirilmə tarixi iki ölkənin prezidentlərindən asılı olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti