...

Mövqelərimiz bir neçə istiqamətdən atəşə tutulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 İyun 2013 09:29 (UTC +04:00)
Mövqelərimiz dünən və bu gecə bir neçə istiqamətdən atəşə tutulub.
Mövqelərimiz bir neçə istiqamətdən atəşə tutulub

Azərbaycan, Bakı, 12 iyun /Trend/

Mövqelərimiz dünən və bu gecə bir neçə istiqamətdən atəşə tutulub.

Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Məzəmli kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Horadiz, Ağdam rayonunun Mərzili, Sarıcalı, Kəngərli, Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Qızıloba, Çiləbürt kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti