...

Mövqelərimiz bir neçə istiqamətdən atəşə tutulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 İyun 2013 09:48 (UTC +04:00)
Mövqelərimiz dünən və bu gecə bir neçə istiqamətdən atəşə tutulub.
Mövqelərimiz bir neçə istiqamətdən atəşə tutulub

Azərbaycan, Bakı, 14 iyun /Trend/

Mövqelərimiz dünən və bu gecə bir neçə istiqamətdən atəşə tutulub.

Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçuayrım kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun Mərzili, Şıxlar, Qaraqaşlı, Novruzlu, Goranboy rayonunun Gülüstan, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Qaraxanbəyli, Qorqan və Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti