...

İsveçrəli jurnalistin Dağlıq Qarabağ münaqişəsinə həsr edilmiş kitabının təqdimatı keçirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 İyun 2013 11:48 (UTC +04:00)
İsveçrənin Aaxau şəhərində isveçrəli jumalist Andre Vidmerin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr edilmiş "Unudulmuş münaqişə" adlı kitabının ilk təqdimatı keçirilib. Bu barədə Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyindən verilən məlumatda deyilir.
İsveçrəli jurnalistin Dağlıq Qarabağ münaqişəsinə həsr edilmiş kitabının təqdimatı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir S.Əhmədova/

İsveçrənin Aarau şəhərində isveçrəli jumalist Andre Vidmerin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr edilmiş "Unudulmuş münaqişə" adlı kitabının ilk təqdimatı keçirilib. Bu barədə Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfirliyindən verilən məlumatda deyilir.

Müəllifin doğma şəhəri Aarauda keçirilən təqdimat mərasimində İsveçrə ictimaiyyətinin, Azərbaycan səfirliyinin və bu ölkədəki diasporumuzun nümayəndələri iştirak ediblər. Təqdimat mərasimində çıxış edən müəllif A.Vidmer işıq üzü görən bu kitabı 2008-ci ildən etibarən Azərbaycanın işğal altındakı ərazilərinə səfərləri, eləcə də münaqişə nəticəsində doğma torpaqlarından didərgin düşmüş insanlarla görüşləri nəticəsində aparılmış jurnalist araşdırmasının yekunu olaraq xarakterizə edib.

"Unudulmuş münaqişə" adlı kitabda isveçrəli jurnalist Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixçəsinə, yaranma səbəblərinə, münaqişə nəticəsində öz doğma yurd-yuvalanndan didərgin düşmüş soydaşlarımızın yaşadıqları qaçqın və məcburi köçkün həyatının çətinliklərinə, təcavüzkar Ermənistan tərəfindən Xocalıda törədilmiş soyqırıma, işğal altındakı ərazilərimizdə törədilən vəhşiliklərə, tarixi-mədəni irsimizin məhv edilməsinə, işğal altındakı ərazilərimizin qeyri-qanuni məskunlaşdırılmasına tutarlı dəlillərə əsaslanaraq, ədalətli qiymət verir və oxucuya münaqişə ilə bağlı düzgün informasiya çatdırmağa çalışır.

Alman və ingilis dillərində çap edilmiş kitabda, işğal edilmiş Azərbaycan ərazilərində, xüsusilə Şuşa və Ağdamda ermənilər tərəfındən tarixi, mədəni və dini abidələrimizə qarşı törədilmiş vandallıq aktları ilə bağlı müəllif tərəfındən şəxsən çəkilmiş xeyli sayda fotoşəkillər də geniş şəkildə yer alır.

Qeyd etmək lazımdır ki, isveçrəli jurnalist Andre Vidmerin bu günədək İsveçrə və Almaniyanın müxtəlif qəzetlərində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair xeyli sayda məqaləsi dərc olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti