...

Azərbaycan XİN: Ermənistan prezidenti növbəti dəfə dünya birliyini aldadır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 İyun 2013 18:03 (UTC +04:00)
Ermənistan prezidenti növbəti dəfə regionda problemlərin olması barədə danışarkən hər şeyi öz bildiyi kimi izah edir və dünya birliyini aldadır. Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib.
Azərbaycan XİN: Ermənistan prezidenti növbəti dəfə dünya birliyini aldadır

Azərbaycan, Bakı, 27 iyun /Trend/

Ermənistan prezidenti növbəti dəfə regionda problemlərin olması barədə danışarkən hər şeyi öz bildiyi kimi izah edir və dünya birliyini aldadır. Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib.

Abdullayev bildirib: "Maraqlıdır onları kim yaradıb? Mövcud olan problemlərdə günahkar yalnız rəsmi Yerevandır. Qonşu dövlətin ərazisini işğal etməklə yanaşı yerli əhaliyə qarşı etnik təmizləmələr həyata keçirən təcavüzkar ölkənin dövlət başçısı hansı dəyərlərdən danışa bilər?"

Abdullayevin fikrincə, qarşıdurmanın və mövcud qeyri-sabitliyin təqsirkarı olaraq regionda gərginliyin saxlanılmasını destruktiv və ziyanverici fəaliyyətdən başqa heç nə adlandırmaq mümkün deyil.

Ermənistan prezidenti Serj Sərkisyan Polşaya öz rəsmi səfəri çərçivəsində Polşa prezidenti Bronislav Komarovski ilə olan görüşün yekunlarına dair mətbuat konfransında bildirib ki, regionda hələ də mövcud olan problemlər, şərait "Şərq tərəfdaşlığı" proqramı tərəfindən təqdim olunan imkanların tam şəkildə həyata keçirilməsinə mane olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti