...

Mövqelərimiz bir neçə istiqamətdə atəşə tutulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 İyun 2013 09:44 (UTC +04:00)
Erməni silahlı qüvvələri mövqelərimizi atəşə tutublar.
Mövqelərimiz bir neçə istiqamətdə atəşə tutulub

Azərbaycan, Bakı, 28 iyun /Trend /

Erməni silahlı qüvvələri mövqelərimizi atəşə tutublar.

Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Füzuli rayonunun Qorqan, Aşağı Əbdülrəhmanlı, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti