...

ATƏT-in keçirdiyi monitorinq insidentsiz ötüşüb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 İyun 2013 16:52 (UTC +04:00)
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və Jiri Aberle keçirib.
ATƏT-in keçirdiyi monitorinq insidentsiz ötüşüb

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir İ.İzzət/

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyunun 28-də Azərbaycan Respublikasının Tərtər rayonunun Qapanlı kəndinin cənub qərbindəki təmas xəttində keçirilən monitorinq insidentsiz ötüşüb. Bu barədə Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və Jiri Aberle keçirib.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Uilyam Prayor və Xristo Xristov keçiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti