...

Erməni silahlı bölmələri tərəfindən açılan snayper atəşindən sonra daha bir əsgərimiz şəhid olub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Fevral 2014 10:16 (UTC +04:00)
Düşmənin cəbhə bölgəsində təxribatları davam edir.
Erməni silahlı bölmələri tərəfindən açılan snayper atəşindən sonra daha bir əsgərimiz şəhid olub

Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir İ.İzzət/

Düşmənin cəbhə bölgəsində təxribatları davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 6-da saat 18.40-da erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq mövqelərimizi atəşə tutublar.

Nəticədə Silahlı Qüvvələrimizin müddətdən artıq həqiqi hərbi xidmət keçən əsgəri Quliyev Eşqin Firəddin oğlu döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan snayper atəşindən şəhid olmuşdur.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiynə görə əsgər Quliyev Eşqin Firəddin oğlu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilmişdir.

Müdafiə Nazirliyi rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir.

Qeyd edək ki, yanvarın ortalarından başlayaraq cəbhə xəttində vəziyyət gərginləşib. Atəşkəs rejimi Ermənistanın silahlı qüvvələri tərəfindən intensiv şəkildə pozulur. O dövrdən bu vaxta qədər atəşkəs rejimi 2000 dəfədən çox pozulub.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, buna qədər erməni diversiya qrupunun təmas xəttini keçmək cəhdinin qarşısı alınarkən Milli Ordumuzun iki zabiti şəhid olub, qarşı tərəf isə onlarla itki verib. Ermənistanla həmsərhəd olan Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində erməni silahlı qüvvələrinin bir hərbi maşını zərərsizləşdirilib, kəndin ərazisinə keçməyə cəhd edərkən isə erməni diversiya qrupunun bir bələdçisi saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti