...

Ermənilər yenidən atəşkəsi pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Fevral 2014 09:56 (UTC +04:00)
Ermənilər növbəti dəfə atəşkəsi pozublar.
Ermənilər yenidən atəşkəsi pozublar

Azərbaycan, Bakı, 15 fevral /Trend/

Ermənilər növbəti dəfə atəşkəsi pozublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 15 dəfə pozulub.

Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Ağdam rayonunun Yusifcanlı, Tərtər rayonunun Qızıl Oba, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında, Cəbrayıl, Xocavənd və Gədəbəy rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti