...

Drezdenin ictimai nəqliyyatında Xocalı soyqırımına həsr olunmuş videoçarx nümayiş etdirilir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Fevral 2014 15:03 (UTC +04:00)
Almaniyada yaşayan soydaşlarımız bu ölkənin ictimaiyyətini 22 il əvvəl ermənilərin Xocalıda azərbaycanlılara qarşı törətdiyi soyqırım haqqında məlumatlandırmaq məqsədilə müxtəlif tədbir və aksiyalar keçirirlər.
Drezdenin ictimai nəqliyyatında Xocalı soyqırımına həsr olunmuş videoçarx nümayiş etdirilir

Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir İ.İzzət/

Almaniyada yaşayan soydaşlarımız bu ölkənin ictimaiyyətini 22 il əvvəl ermənilərin Xocalıda azərbaycanlılara qarşı törətdiyi soyqırım haqqında məlumatlandırmaq məqsədilə müxtəlif tədbir və aksiyalar keçirirlər.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Almaniyada Saksoniyanın inzibati mərkəzi olan Drezden şəhərində fəaliyyət göstərən Alman Azərbaycan Dostluq Cəmiyyəti Drezdendə şəhərdaxili və şəhərətrafı istiqamətlərdə hərəkət edən ictimai nəqliyyat vasitələrində (avtobus və tramvaylarda) Xocalı soyqrımını əks etdirən çarxların nümayişini təşkil edib. Nəqliyyat vasitələrində quraşdırılmış monitorlarda fevralın 15-i və 16-da hər gün 24 saat ərzində hər 5 dəqiqədən bir 20 saniyəlik Xocalı videoçarxı göstərilib.

Videoçarxda Azərbaycan bayrağı fonunda Xocalı və faciənin baş verdiyi tarix 26.02.1992 yazılır. Daha sonra "Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı Xocalı faciəsinin qurbanlarını anır", "Qətlə yetirilənlər: 613. Uşaqlar: 83. Ailə: 8", "Azərbaycana qarşı insanlıq faciəsi" yazıları bir-birini əvəz edir. Videoçarxın nümayişi fevralın 25, 26 və 27-də də gün ərzində davam etdiriləcək.

Bu aksiya ilə yanaşı, Drezdendə Xocalı soyqırımında həlak olanların xatirəsinin anım mərsimi də təşkil olunub. Tədbirdə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Alman Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ağahüseyn Babayev qətliam haqqında qonaqlara ətraflı məlumat verib.

Daha sonra tədbirdə Saksoniyanın Xaricilərlə İş üzrə Şurasının deputatı, həmyerlimiz Azad Məmmədov və xanımı D.Veisgerber almanca çıxış edərək Xocalı soyqırımının dünyaya tanıdılmasının və qəbul etdirilməsinin vacibliyini vurğulayıblar. Onlar, həmçinin hazırda işğalçı Ermənistanın başında duran Sarkisyanın bu soyqırımda bilavasitə iştirakı və törətdiyi insanlığa sığmayan cinayət əməllərini qəhrəmanlıq kimi qələmə verməyi qəti şəkildə pisləmişlər.

Qeyd edək ki, Xocalı qurbanlarının xatirə gecəsində Almaniyada yaşayan soydaşlarımızla yanaşı, alman ictimaiyyətinin nümayəndələri və digər xalqların təmsilçiləri də iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti