...

Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi pozulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Fevral 2014 09:31 (UTC +04:00)
Düşmən cavab atəşi ilə susdurulub.
Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi pozulub

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir İ.İzzət/

Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi pozulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Paravakar kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Ağstafa rayonunun Köhnəqışlaq kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Füzuli rayonunun Qaraxanbəyli, Ağdam rayonunun Yusifcanlı, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti