...

Hikmət Ərən: Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazda 20 ildir həllini gözləyən problemdir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Fevral 2014 17:53 (UTC +04:00)
Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin (EkoAvrasya) İdarə heyətinin rəhbəri Hikmət Ərən Dağlıq Qarabağ münaqişəsinin Cənubi Qafqazda 20 ildən bəri öz həllini gözləyən problem olduğunu bildirib.
Hikmət Ərən: Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazda 20 ildir həllini gözləyən problemdir

Azərbaycan, Bakı, 24 fevral /Trend/

Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin (EkoAvrasya) İdarə Heyətinin rəhbəri Hikmət Ərən Dağlıq Qarabağ münaqişəsinin Cənubi Qafqazda 20 ildən bəri öz həllini gözləyən problem olduğunu bildirib.

Trend-in məlumatına görə, o, jurnalistlərə bildirib ki, keçmiş SSRİ-nin dağılması prosesinin başlandığı 1980-ci illərdən etibarən Ermənistan Azərbaycan, Türkiyə və Gürcüstana qarşı torpaq iddialarına başlayıb.

H.Ərən onu da qeyd edib ki, problemin bu günə qədər öz həllini tapmamasının əsas səbəbi Ermənistanın qeyri konstruktiv mövqeyidir: "Tərəflərin 2008-ci ildən 2012-ci ilədək 14 dəfə danışıqlar prosesində bir araya gəlməsinə baxmayaraq, bu prosesdə hər hansı bir irəliləyiş müşahidə olunmayıb".

EkoAvrasya rəhbəri əlavə edib ki, Dağlıq Qarabağ məsələsində beynəlxalq hüquq Azərbaycanın tərəfində olsa da, Qərb bir çox məsələlərdə Ermənistanı dəstəklədi: "Ermənistana Rusiya tərəfindən hər cür dəstək, o cümlədən hərbi dəstək verilir. İran da Ermənistanı dəstəkləyir".

Onun sözlərinə görə, Türkiyə Azərbaycana açıq hərbi dəstək istisna olmaqla hər sahədə dəstək verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti