...

QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə Türkiyədə Xocalı soyqırımı anılıb (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Fevral 2014 11:18 (UTC +04:00)
27 fevral 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dəstək Şurasının yardımı ilə Ankarada Layihə İdarəetmə Assosiasiyası Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş tədbir təşkil edib.
QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə Türkiyədə Xocalı soyqırımı anılıb (FOTO)

Azərbaycan, Bakı, 28 fevral /Trend/

27 fevral 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dəstək Şurasının yardımı ilə Ankarada Layihə İdarəetmə Assosiasiyası Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş tədbir təşkil edib.

Şuradan Trend-ə verilən məlumata görə, toplantıda Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov, Türkiyə Qazi Universitetinin professoru Çətin Almas, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Azərbaycan Respublikasının Türkiyədəki səfirliyinin əməkdaşları, Türkiyə vətəndaş cəmiyyətinin təmsilçiləri, həmçinin elm adamları, media və hökumət nümayəndələri iştirak ediblər.

Azərbaycan və Türkiyə Respublikalarının dövlət himnlərinin səsləndirilməsindən sonra Xocalı soyqırımı zamanı qətlə yetirilən insanların ruhu sayğı duruşu ilə anılıb. Sonra 1992-ci ilin 26 fevralında törədilən Xocalkı Soyqırımı haqqında çəkilmiş sənədli filmə baxış keçirilib.

Tədbirdə çıxış edən F.Qurbanov 20-ci əsrin ən böyük faciələrindən biri olan Xocalı soyqırımı haqqında məlumat verərək keçirilən toplantının əhəmiyyəti haqqında danışıb. Şura rəsmisi Qarabağ münaqişəsi və Xocalı soyqırımı ilə bağlı Azərbaycanın ədalətli mövqeyinin dünya ictimaiyyətinin diqqətində saxlanılmasında iki qardaş dövlətin vətəndaş cəmiyyəti təşkilatlarının birgə əməkdaşlığının vacibliyini vurğulayıb.

Şuranın xarici QHT-lərə qrant müsabiqəsi proqramı barədə də məlumat verən F.Qurbanov bu layihələrin böyük bir qisminin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olduğunu toplantı iştirakçılarının diqqətinə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti