...

Azərbaycanın Los Ancelesdəki baş konsulu: Ermənistan tərəfi nə qədər Xocalı soyqırımını inkar etsə də, faktları dəyişdirmək mümkün deyil (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Fevral 2014 13:32 (UTC +04:00)
Ermənistan tərəfi nə qədər Xocalı soyqırımını inkar etsə də, faktları dəyişdirmək mümkün deyil.
Azərbaycanın Los Ancelesdəki baş konsulu: Ermənistan tərəfi nə qədər Xocalı soyqırımını inkar etsə də, faktları dəyişdirmək mümkün deyil (FOTO)

Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir S.Əhmədova/

Ermənistan tərəfi nə qədər Xocalı soyqırımını inkar etsə də, faktları dəyişdirmək mümkün deyil. Trend-in Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna isitinadən verdiyi məlumata görə, bunu Kaliforniyanın ən nufuzlu universitetlərindən olan Örvayn Universitetində (UCI) fevralın 27-də Azərbaycana həsr olunmuş geniş tədbirdə Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev deyib.

N.Ağayev çıxışında Azərbaycan torpaqlarının işğalı, işğal olunmuş ərazilərdə Ermənistan tərəfindən həyata keçirilmiş etnik təmizləmə siyasəti və mülki azərbaycanlı əhaliyə qarşı törədilmiş hərbi cinayətlər barədə danışaraq, Xocalı soyqırımı haqqında tədbir iştirakçılarını geniş şəkildə məlumatlandırıb. Baş konsul Ermənistanın hazırkı prezidenti S.Sarkisyanın hələ 2000-ci ildə verdiyi müsahibədə Xocalı qətliamının işğalçı qüvvələr tərəfindən törədilməsinə dair etdiyi etirafi diqqətə çatdırıb. Bundan başqa, diplomat Xocalı soyqırımında birbaşa iştirak etmiş, ASALA terrorçusu Monte Melkonyanın qardaşı Markar Melkonyanın yazmış olduğu və ABŞ-da dərc olunmuş kitaba istinad edərək, bu kitabda da erməni işğalçı qoşunlarının bu qətliamı hansı amansızlıqla törətdiklərinin açq şəkildə təsvir olunduğunu bildirib.

N.Ağayev bu qədər faktlardan və etiraflardan sonra erməni tərəfinin Xocalı soyqırımını inkar etməsinin olduqca məntiqsiz və gülünc olduğunu qeyd edib. Diplomat, həmçinin Monte Melkonyan kimi bir terroçunun Ermənistanda milli qəhrəman elan edilməsinin və ona hətta işğal olunmuş Azərbaycan ərazilərində abidə qoyulmasının ağılasığmaz olduğunu diqqətə çatdırıb.

Bundan başqa, N.Ağayev çıxışında Azərbaycanın tarixi, mədəniyyəti, müstəqil dövlət kimi inkişafı, neft strategiyası, ABŞ, Avropa və qonşu dövlətlərlə münasibətləri barədə də iştirakçılara ətraflı məlumat verib. O, həmçinin Azərbaycanın qədim etnik və dini tolerantlıq ənənələri barədə danışaraq, Azərbaycan hökumətinin ölkədə bu ənənələrin daim yaşaması və daha da güclənməsinə yüksək diqqət yetirdiyini söyləyib.

Çıxışdan sonra baş konsul ameriaklı tələbələrin, eləcə də ermənilərin suallarını cavablandırıb.

Tədbirdə Ermənistanın işğalçılq siyasətinə, eləcə də Xocalı soyqırımına dair kitabçalar, məqalələr və jurnallar iştirakçılara paylanılıb.

Qeyd edək ki, tədbirdə iştirak edən radikal erməni təşkilatlarının bir sıra nümayəndələri sonda hay-küy salaraq tədbiri pozmağa çalışsalar da, məqsədlərinə nail ola bilməyiblər.

Tədbir universitetin Beynəlxalq Münasibətlər Şurası tərəfindən təşkil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti