...

Əsgərimiz şəhid olub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Aprel 2014 20:17 (UTC +04:00)
Aprelin 1-də erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq mövqelərimizi atəşə tutublar.
Əsgərimiz şəhid olub

Azərbaycan, Bakı, 1 aprel /Trend/

Aprelin 1-də erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq mövqelərimizi atəşə tutublar. Bu barədə Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nəticədə Silahlı Qüvvələrimizin əsgəri Baxşıyev Akif Aydın oğlu düşmən tərəfindən açılan atəşdən şəhid olub.

Müdafiə Nazirliyi rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti