...

Cəbhə xəttində atışma olub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Aprel 2014 10:03 (UTC +04:00)
Azərbaycan əraziləri Ermənistan tərəfindən atəşə tutulub.
Cəbhə xəttində atışma olub

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir İ.İzzət/

Azərbaycan əraziləri Ermənistan tərəfindən atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti