...

Cəbhə xəttində atəşkəs rejimi pozulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Aprel 2014 10:34 (UTC +04:00)
Düşmən cavab atəşi ilə susdurulub.
Cəbhə xəttində atəşkəs rejimi pozulub

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir İ.İzzət/

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Bu barədə Trend Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Məlumata görə, Ağdam rayonunun Sarıcalı, Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti