...

Cəbhə xəttində erməni silahı susmaq bilmir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Aprel 2014 09:57 (UTC +04:00)
Düşmən cavab atəşi ilə susdurulub.
Cəbhə xəttində erməni silahı susmaq bilmir

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir İ.İzzət/

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Tərtər rayonunun Çiləbürt, Qızıl Oba, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti