...

BQXK Azərbaycanda saxlanılan Ermənistan vətəndaşına baş çəkib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Sentyabr 2014 12:15 (UTC +04:00)
BQXK nümayəndələri saxlanılan şəxsin ailə üzvlərini və Ermənistan hakimiyyətini görüş barədə məlumatlandırıblar.
BQXK Azərbaycanda saxlanılan Ermənistan vətəndaşına baş çəkib

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir İlkin İzzət/

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri bir müddət öncə Azərbaycanın Qazax rayonunda sərhədi keçən Ermənistan vətəndaşına baş çəkiblər. Bu barədə Trend-ə BQXK-nın Bakı nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.

İ.Hüseynova deyib ki, görüş sentyabrın 8-də baş tutub.

BQXK nümayəndələri saxlanılan şəxsin ailə üzvlərini və Ermənistan hakimiyyətini görüş barədə məlumatlandırıblar.

Qeyd edək ki, avqustun 26-da Ermənistan vətəndaşı, 1961-ci il təvəllüdlü Ananyan Sarkis Norikoviç Azərbaycan-Ermənistan dövlət sərhədini pozaraq qeyri-qanuni olaraq ölkəmizin ərazisinə keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti