...

Azərbaycan Ordusunun mövqeləri bir neçə istiqamətdə atəşə tutulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Oktyabr 2014 10:24 (UTC +04:00)
Düşmən cavab atəşi ilə susdurulub.
Azərbaycan Ordusunun mövqeləri bir neçə istiqamətdə atəşə tutulub

Azərbaycan, Bakı, 8 oktyabr /Trend/

Azərbaycan Ordusunun mövqeləri bir neçə istiqamətdə atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti