...

"Girovları azad et" virtual flaşmob aksiyası başladı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Oktyabr 2014 12:25 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın işğal edilmiş Kəlbəcər rayonunda girov götürülmüş mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi ilə bağlı olaraq “Girovları azad et” virtual flaşmob aksiyası başlayıb.
"Girovları azad et" virtual flaşmob aksiyası başladı

Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir Səbinə Əhmədova/

Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın işğal edilmiş Kəlbəcər rayonunda girov götürülmüş mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi ilə bağlı olaraq "Girovları azad et" virtual flaşmob aksiyası başlayıb.

Trend-in məlumatına görə, kampaniya çərçivəsində Azərbaycanı sevən, onun uğrunda iş görməkdən zövq alan hər bir şəxsdən xahiş olunur ki, Ermənistan prezidentinin rəsmi internet saytındakı məktublar bölməsinə daxil olaraq ora "Girovlarımızı azad et" sözünü və cəmiyyətin bu məsələyə sərt reaksiyasını açıq nümayiş etdirən virtual kampaniyanın linkini yazıb Serj Sarkisyana göndərsinlər.

Bunu etmək üçün sadəcə http://www.president.am/en/send-letter-to-president/ linkinə daxil olmaq, və #SaveAzeHostages və https://www.facebook.com/events/303922283130654/ ünvanlarını ona yollayaraq tələbi çatdırmaq lazımdır.

Qeyd edək ki, Ermənistan hərbçiləri tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda iki azərbaycanlı - Dilqəm Əsgərov və Şahbaz Quliyev girov götürülüb və onlara qarşı cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti