...

Sarkisyan həmsədrlərlə görüşüb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Fevral 2015 20:02 (UTC +04:00)
Serj Sarkisyan Yerevanda regional səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrlərini və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspişiki qəbul edib.
Sarkisyan həmsədrlərlə görüşüb

Azərbaycan, Bakı, 17 fevral /Trend/

Ermənistan prezidenti Serj Sarkisyan Yerevanda regional səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), İqor Popov (Rusiya), Pyer Andryö (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspişiki qəbul edib.

Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata əsasən, vasitəçilər Bakıda keçirdikləri görüşlər barədə təəssüratlarını bölüşüblər, danışıqların hazırkı mərhələsində mövcud olan problemlər və gələcək addımlarla bağlı məsələləri müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti