...

Avropa İttifaqı Dağlıq Qarabağdakı saxta "parlament seçkiləri"ni tanımır (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 May 2015 14:11 (UTC +04:00)
Avropa İttifaqı Dağlıq Qarabağdakı saxta "parlament seçkiləri"ni tanımır.
Avropa İttifaqı Dağlıq Qarabağdakı saxta "parlament seçkiləri"ni tanımır (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir Anaxanım Hidayətova/

Avropa İttifaqı Dağlıq Qarabağdakı saxta "parlament seçkiləri"ni tanımır. Trend-in məlumatına görə, bu barədə Avropa İttifaqının bəyanatında deyilir.

Bəyanatda qeyd edilir ki, onların "nəticələri" Dağlıq Qarabağın gələcək statusunun müəyyənləşdirilməsinə və ya danışıqlar prosesinə təsir edə bilməz.

Bəyanatda bildirilir: "Avropa İttifaqı ATƏT-in Minsk Qrupunu və onun həmsədrlərinin hərtərəfli sülh danışıqlarının aparılması üzrə səylərini qətiyyətlə dəstəkləyir. Avropa İttifaqı münaqişənin tezliklə sülh yolu ilə nizamlanmasına yönəldilmiş səyləri bundan sonra dəstəkləməyə hazırdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti