...

XİN: “Dağlıq Qarabağ xalqı” ifadəsinin söylənilməsi qəbuledilməzdir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 May 2015 15:35 (UTC +04:00)
ATƏT-in Minsk Qrupu (MQ) həmsədrlərinin və ABŞ Dövlət Departamentinin Ermənistan tərəfindən işğal olunan Azərbaycan ərazilərində qanunsuz “parlament seçkiləri”nin keçirilməsi ilə bağlı verdikləri bəyanatlarında “Dağlıq Qarabağ xalqı” ifadəsinin qeyd olunması düzgün deyil və bu ifadə qəbuledilməzdir.
XİN: “Dağlıq Qarabağ xalqı” ifadəsinin söylənilməsi qəbuledilməzdir

Azərbaycan, Bakı, 2 may /Trend/

ATƏT-in Minsk Qrupu (MQ) həmsədrlərinin və ABŞ Dövlət Departamentinin Ermənistan tərəfindən işğal olunan Azərbaycan ərazilərində qanunsuz "parlament seçkiləri"nin keçirilməsi ilə bağlı verdikləri bəyanatlarında "Dağlıq Qarabağ xalqı" ifadəsinin qeyd olunması düzgün deyil və bu ifadə qəbuledilməzdir.

Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ATƏT-in MQ həmsədrləri və ABŞ Dövlət Departamentinin işğal olunan Azərbaycan ərazilərində qanunsuz "parlament seçkiləri"nin keçirilməsi ilə əlaqədar bəyanatlarını Trend-ə şərh edərkən söyləyib.

"Ümumiyyətlə, "Dağlıq Qarabağ xalqı" anlayışı mövcud deyil. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əhalisi var və bu əhali erməni və azərbaycanlı icmalarından ibarətdir. Bu fakt aydın şəkildə ifadə olunmalı və təsbit edilməlidir",- deyə nazirlik rəsmisi bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti