...

"Şərq tərəfdaşlığı" ölkələrindəki münaqişələr Riqa sammitinin bəyannaməsində öz əksini tapacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 May 2015 15:39 (UTC +04:00)
"Şərq tərəfdaşlığı" proqramının bütün iştirakçı ölkələrindəki münaqişələr mayın 21-22-də Riqada keçiriləcək "Şərq tərəfdaşlığı" sammitinin nəticələri üzrə imzalanacaq yekun bəyannamədə öz əksini tapacaq.
"Şərq tərəfdaşlığı" ölkələrindəki münaqişələr Riqa sammitinin bəyannaməsində öz əksini tapacaq

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir Yelena Kosolapova/

Avropa İttifaqının (Aİ) "Şərq tərəfdaşlığı" proqramının bütün iştirakçı ölkələrindəki münaqişələr mayın 21-22-də Riqada keçiriləcək "Şərq tərəfdaşlığı" sammitinin nəticələri üzrə imzalanacaq yekun bəyannamədə öz əksini tapacaq. Trend-in məlumatına əsasən, bunu jurnalistlərə Aİ-nin yüksək səviyyəli nümayəndəsi sammit ərəfəsində deyib.

Onun sözlərinə görə, bu məkandakı mövcud münaqişələr, yeni münaqişələrin yaranması Aİ-də narahatlıq doğurur, çünki onlar regionda sabitliyi pozur. Buna görə də bu məkandakı bütün münaqişələr sammitin yekun bəyannaməsində öz əksini tapacaq.

Aİ nümayəndəsi əlavə edib ki, Riqa sammiti həmin münaqişələrin həll edilməsinin mümkün olduğu format deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti