...

Fransa şəhərinin dərslərindən iki alan meri və mövcud olmayan dövlətin “başçı”sı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 May 2015 02:00 (UTC +04:00)
Coğrafiyanı məktəbdə keçirlər. Ancaq bu dərslərindən beş alanlara aiddir, əlbəttə, iki alanlar coğrafiya ilə maraqlanmırlar. Əvvəlcə pəncərə sındırır, sonra böyüyür və ... mer olurlar.
Fransa şəhərinin dərslərindən iki alan meri və mövcud olmayan dövlətin “başçı”sı

Elmira Tariverdiyeva - Trend:

Coğrafiyanı məktəbdə keçirlər. Ancaq bu, dərslərindən beş alanlara aiddir, əlbəttə, iki alanlar coğrafiya ilə maraqlanmırlar. Əvvəlcə pəncərə sındırır, sonra böyüyür və ... mer olurlar.

Məsələn, ermənilərin məskunlaşdığı kiçik Villerban şəhərinin meri bilmir ki, dünya xəritəsində Dağlıq Qarabağ adlı dövlət yoxdur. Ona görə bu "dövlət"in "başçı"sı separatçı Bako Saakyan Villerbana gəldikdə mer heç təəccüblənməyib. Mer Jan-Pol Bret ciddi görünüş alıb Saakyanı qəbul edib. Və Saakyanın unudulmuş fransız şəhərciyinə turist kimi gəlməsi də onu heç utandırmayıb. Mer və separatçının görüşündə, təəccüblü də olsa, Villerban və Azərbaycanın 20 ildən çox erməni işğalında olan Şuşa şəhəri arasında razılıq imzalanıb. Amma deyəsən, məktəbdə iki alan Bret bu faktdan xəbərdar deyil.

Zarafat bir yana, Dağlıq Qarabağ münaqişəsini həll etməyə çalışan ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkənin rəsmi nümayəndəsi dünyanın heç bir ölkəsinin qəbul etmədiyi və tanımadığı separatçılar ilə görüşürsə, bu təəccübə səbəb olur. Fransada separatçıların nümayəndəsinin, məsələn, Berlinə gedib Parisin adından razılıq imzalamasını təsəvvür edirsiniz? Belə bir şey mümkün deyil. Bəs onda niyə heç kim fransız şəhərinin merinə başa salmayıb ki, sepratçılarla danışıqlar aparmaqla nəinki özünü biabır edir, həmçinin mərkəzin savadını və loyallığını şübhə altına salır? Görəsən, heç kim avropalı siyasətçi tərəfindən beynəlxalq hüququn belə biabırçı və təhqiredici şəkildə pozulmasına reaksiya verməyəcək?

İkili standartlar siyasəti göz qabağındadır. Donetsk və Luqansk separatçılarına yardım etdiyinə görə, Rusiyaya qarşı sanksiyalar tətbiq olunduğu, Gürcüstan və Cənubi Osetiya separatçı rejimlərinin nümayəndələri ilə görüşən rus məmurlar qınağa məruz qaldığı halda, mövcud olmayan dövlətin "başçı"sı Saakyanın avropalı məmurla görüşü diqqətdən kənarda qalır.

Azərbaycanın parçalanmış şəhəri Şuşanın adından olan və onun cəlladlarının əli ilə imzalanmış bu razılıq isə bu şəhərdə evləri, məscidləri, əcdadlarının məzarları qalmış azərbaycanlı qaçqınlara qarşı növbəti təhqirdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti