...

Polad Bülbüloğlu: Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Rusiyanın vasitəçiliyinə ümid edir (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 May 2015 18:08 (UTC +04:00)
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Rusiyanın vasitəçiliyinə ümid edir.
Polad Bülbüloğlu: Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Rusiyanın vasitəçiliyinə ümid edir (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 21 may /Trend/

Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Rusiyanın vasitəçiliyinə ümid edir, çünki Rusiya regionda nüfuzlu ölkədir və onun mövqeyindən, təsirindən çox şey asılıdır.

Trend-in məlumatına görə, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu "Rossiya 24" telekanalına müsahibəsində deyib.

P.Bülbüloğlu vurğulayıb ki, Rusiya onsuz da ATƏT-in Minsk qrupunun həmsədridir: "Rusiya Federasiyası regionun ən böyük və nüfuzlu ölkəsidir".

Səfir qeyd edib: "Bizim yeganə problemimiz Dağlıq Qarabağ münaqişəsidir. Münaqişənin sülh yolu ilə nizamlanacağına inanırıq. Bu, Azərbaycan və Ermənistan xalqları, eləcə də Rusiyanın rifahı üçündür ki, Cənubi Qafqazda sülh, əmin-amanlıq və çiçəklənmə olsun".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti