...

Robert Sekuta: Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkilini müzakirə edəcəklər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 İyul 2015 20:39 (UTC +04:00)
Hazırda ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri müzakirə edilir.
Robert Sekuta: Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkilini müzakirə edəcəklər

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir Anaxanım Hidayətova/

"Hazırda ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri müzakirə edilir. Səfər zamanı Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkili barədə məsələ də müzakirə olunacaq".

Trend-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Bakıda ölkəsinin müstəqilliyinin 239-cu ildönümünə həsr edilmiş tədbirdə deyib.

Onun sözlərinə görə, görüş baş tutsa, dövlət başçılarının Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş yollarını müzakirə etmək imkanı ola bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti