...

Ekspert: Almaniyanın ATƏT-də sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsi prioritet məsələ olmayacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Noyabr 2015 15:31 (UTC +04:00)
Avropalı ekspert Mattias Dornfeldt hesab edir ki, Almaniya ATƏT-də sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsinə prioritet diqqət ayırmayacaq. Hərçənd postsovet məkanında dondurulmuş münaqişələr problemi təşkilatda Berlinin gündəliyinə daxil olacaq.
Ekspert: Almaniyanın ATƏT-də sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsi prioritet məsələ olmayacaq

Bakı. Anaxanım Hidayətova - Trend:

Avropalı ekspert Mattias Dornfeldt hesab edir ki, Almaniya ATƏT-də sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsinə prioritet diqqət ayırmayacaq. Hərçənd postsovet məkanında dondurulmuş münaqişələr problemi təşkilatda Berlinin gündəliyinə daxil olacaq.

Berlin Qafqaz və Xəzər Araşdırmaları üzrə Avropa İnstitutunun rəhbəri M.Dornfeldt Trend-ə bildirib ki, postsovet məkanında dondurulmuş münaqişələr problemi Almaniyanın ATƏT-dəki sədrliyinin gündəliyinə daxil olacaq.

Digər ekspertlərin fikrincə, Almaniya ATƏT-də sədrliyi dövründə diqqətini Suriyadakı vəziyyətə və Avropada miqrasiya böhranına ayıracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti