...

Müdafiə Nazirliyi: Təmas xəttində vəziyyət gərgin olaraq qalır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Aprel 2016 09:54 (UTC +04:00)
Təmas xəttində vəziyyət gərgin olaraq qalır.
Müdafiə Nazirliyi: Təmas xəttində vəziyyət gərgin olaraq qalır

Bakı. Trend:

Təmas xəttində vəziyyət gərgin olaraq qalır. Bu barədə Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.

Qurum rəsmisi bildirib ki, ötən gecə erməni silahlı birləşmələri əsasən Tərtər, Ağdərə və Füzuli istiqamətində olmaqla cəbhəyanı ərazilərdə mövqelərimizi və dinc sakinləri olduğu məntəqələri atəşə tutublar.

Azərbaycan Silahlı Qüvvələri düşmənə lazımı cavab verir.

Azərbaycan tərəfdən itki yoxdur.

Azərbaycan Silahlı Qüvvələri əməlliyat şəraitinə nəzarəti davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti