...

Pakistan Ermənistanı BMT TŞ-nin qətnamələrinə riayət etməyə çağırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Aprel 2016 18:40 (UTC +04:00)

Bakı. Aygün Bədəlova - Trend:

Pakistan Ermənistanın atəşkəs rejimini pozmaqdan çəkinəcəyini və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə riayət etmək yolu ilə Dağlıq Qarabağ münaqişəsini həll edəcəyini gözləyir.

Bu barədə Trend Pakistan Xarici İşlər Nazirliyinə istinadən məlumat verir.

Qeyd olunur ki, Pakistan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək etməyə davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti